Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir.
Zəhmət olmasa, ad və soyadınızı, sonra isə müraciətinizi daxil edin

Bağırov Hüseyn Fərəməz oğlu - Sədr

img
Telefon: 545-72-07
Faks: 545-72-07
Qəbul günləri: Hər ayın I və IV həftəsinin beşinci günləri

1979-cu il avqustun 15-də Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 2000-ci ildə Naxçıvan Özəl Universitetini bitirmişdir. 2003-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində məsləhətçi, baş məsləhətçi, şöbə müdiri vəzifələrində işləmişdir. 2014-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Aparat rəhbəri, 2020-2021-ci illərdə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Aparat rəhbəri vəzifələrində işləmişdir. 2021-2023-cü illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində baş məsləhətçi vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikası  Ali Məclisi sədrinin  7 aprel 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.

Dövlət qulluğunun kiçik müşaviridir. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 20 oktyabr tarixli 752 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında statistika işinin təşkilində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 

Evlidir, iki övladı var.